LAYİHƏLƏR

ÖZƏL SEKTOR ÜÇÜN MÜHİTİN HAZIRLANMASI VƏ TƏMİN EDİLMƏSİ

Layihə müddəti
02/2015 – indiyədək

Maliyyə mənbəyi
AİB

Sifarişçi/Benefisiar:
Maliyyə Nazirliyi

Layihənin təsviri
Layihənin ümumi məqsədi enerji sektorunda özəl sektor investisiyanın təşviqi məqsədilə siyasi, hüquqi və normativ çərçivənin hazırlanmasına dəstək göstərilməsidir. Azərbaycanın enerji sektorunda özəl sektorun iştirakının təmin edilməsi ümumilikdə bu sahənin səmərəliliyini artıracaq və gələcəkdə enerji sektorunda potensial islahatlar üçün zəmin yaradacaqdır.

Göstərilən xidmətlər

  1. İcmanın və maraqlı tərəflərin iştirak planının hazırlanması və icrası;
  2. İşçi qrupunda iştirak və işçi qrupunun iclas prokollarının tərtibi;
  3. Layihənin təhlil hesabatı;
  4. Hesabatların və təqdimatların müvafiq bölmələrinin hazırlanması, nəzərdən keçirilməsi və yenilənməsi;
  5. Seminarların təşkili;
  6. Qrup rəhbərinin istəyi ilə maraqlı tərəflərin bütün görüşlərində iştirak; və
  7. Qrup rəhbəri ilə razılaşdırılmış hər hansı digər hesabat tələbləri.

Tərəfdaşlar
Ricardo-AEA Ltd , Birləşmiş Krallıq