AZƏRBAYCANDA BƏRK MƏİŞƏT TULLANTILARININ İDARƏ OLUNMASI
Layihə müddəti
04/2015 – 12/2016
Maliyyə mənbəyi
Asiya İnkişaf Bankı
Sifarişçi/Benefisiar:
İqtisadiyyat Nazirliyi
Layihənin təsviri
Layihənin ümumi məqsədinə (i) Naxçıvan MR və Kiçik Qafqaz İqtisadi Zonası üçün Bərk Məişət Tullantıları ilə bağlı investisiya planlarının (İP) hazırlanmasında dəstək göstərilməsi,(ii) AİB üçün müvafiq texniki, iqtisadi, maliyyə və idarəçilik araşdırmasının aparılması daxildir. İP-lər layihə ərazisində bərk məişət tullantıları ilə bağlı xidmətlərin göstərilməsi üzrə gələcək investisiyalar, məqsədlər, fəaliyyətlər və hədəflər üçün zəmin formalaşdırır. İP-lərin özündə region boyu yaranan müxtəlif bərk məişət tullantılarının toplanması, bərpası, təmizlənməsi və kənarlaşdırılması proseslərini ehtiva etməsi nəzərdə tutulmuşdur. İnvestisiya planı məişət, kommersiya və sənaye tullantıları, bağ və park tullantıları, tikinti və söküntü (TS) tullantıları, küçə zibillərindən təşkil olunan qarışıq bələdiyyə tullantıları daxil olmaqla, əsasən ümumi bərk məişət tullantılarının idarə olunmasına yönələcəkdir.
Göstərilən xidmətlər
- Layihə əraziləri üçün cari və alternativ yerlərin, dizayn, layihələndirmə, tikinti işləri, habelə bərk məişət tullantıları avadanlıqlarının komponent və sistemlərinin müəyyən edilməsi
- Müəyyən edilmiş layihə ərazilərində ilkin olaraq bələdiyyə üzrə yaranmış bərk məişət tullantılarının həcmi və tərkibi ilə bağlı tullantıların səciyyələndirilməsi proqramının formalaşdırılması və icrası.
- Layihə regionlarında bərk məişət tullantıları üzrə cari institusional strukturun qiymətləndirilməsi və potensial alternativlərin nəzərdən keçirilməsi. Bərk məişət tullantıları üzrə proqram və müəssisələrinin səmərli inkişafı və dayanıqlılığı istiqamətində insan resurslarının planlanması, texniki və idarəetmə potensialına dair təkliflərin təqdim olunması. Özəl sektorun iştirakı üçün potensial səmərəliliyin nəzərdən keçirilməsi.
- Təklif olunan layihənin maliyyə səmərəliliyinin qiymətləndirilməsi; səmərəli maliyyə idarəetməsinə dəstək, habelə bərk məişət tullantıları ilə bağlı göstərilən xidmətlərin dayanıqlılığının təmin edilməsi məqsədilə qabaqcıl təcrübələr və beynəlxalq standartlar əsasında tövsiyələrin verilməsi
- Seçmə məişət və sənaye araşdırmalarının quruluşu, aparılması və idarə olunması; bərk məişət tullantılarının idarə edilməsi ilə əlaqədar dəyişikliklərin gözlənilən təsirlərini müəyyən etmək üçün araşdırmanın və ikinci dərəcəli məlumatların təhlili; AİB-in Layihələrin iqtisadi təhlilinə dair Təlimatına əsasən daxili iqtisadi gəlir faizinin (DİGF) hesablanmasında layihənin gözlənilən təsirlərinin qiymətləndirməsindən istifadə edilməsi.
- AİB-in Mühafizə Siyasəti Sənədi (2009), o cümlədən Azərbaycanın müvafiq norma, qayda və tələblərinə uyğun olaraq müəyyən edilmiş sub-layihələr üçün tələb olunan ətraf mühitin ilkin müayinəsi (ƏMİM) və ya ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ); layihəyə nəzarət və monitorinqin təmin olunması məqsədilə ətraf mühit üzrə mövcud təlimatların və ətraf mühitin idarə olunması zərurətinin nəzərdən keçirilməsi; İdarəedici qurumun və İcraçı qurumun ətraf mühit fəaliyyətinin nəzərdən keçirilməsi, habelə bacarıqların qiymətləndirilməsinin ƏMİM və ƏMTQ-də yer almasının təmin edilməsi
- AİB-in Yoxsulluq və Sosial Təhlil Təlimatında (2001) yer alan qaydalara uyğun olaraq seçilmiş layihə ərazilərinə sahə səfərləri daxil olmaqla, sosial və gender təhlili; Köçürülmə məsələləri üzrə ekspertin iştirakı ilə qeyri-hökumət təşkilatları da daxil olmaqla layihənin hədəf əhalisi və müvafiq əsas maraqlı tərəfləri ilə sosial-iqtisadi sorğunun aparılması; sosial-iqtisadi profil, yoxsulluğun strukturu və təhlili, əsas xidmətlərin, səhiyyə və sanitariya şərtlərinin əlçatanlığının təhlili, gender profili və təhlili, əmək profili və təhlili; təlim, iş yerlərinin yaradılması, istismarın aradan qaldırılması, sağlamlıq və rifaha təsirlər kimi effektiv gender prosesləri üçün sosial-iqtisadi faydaların, habelə mümkün giriş nöqtələrinin qiymətləndirilməsi; layihələndirmə və monitorinq çərçivəsi ilə əlaqəli olduğundan layihənin Gender Fəaliyyət Planının ilkin versiyasının hazırlanması.
- Logistik və inzibati xidmətlər
- 8 ekspertin təyin olunması: Bərk məişət tullantıları üzrə mütəxəssis/ Layihələndirmə mühəndisi; Tullantıların səciyyələndirilməsi üzrə mütəxəssis; institusional mütəxəssis; maliyyə mütəxəssisi, iqtisadçı, ətraf mühit üzrə mütəxəssis, köçürülmə məsələləri üzrə mütəxəssis, sosial və gender məsələləri üzrə mütəxəssis
Tərəfdaşlar
BN Engineers FZE