Layihə müddəti
09/2013 – 04/2014
Maliyyə mənbəyi
Dünya Bankl
Sifarişçi/Benefisiar:
“Təmiz Şəhər” ASC
Layihənin təsviri
Layihənin ümumi məqsədi Azərbaycanda İGM-nin inkişafına dəstək göstərilməsidir.
Göstərilən xidmətlər
Aİ-də, xüsusilə Şərqi Avropa və MDB ölkələrində fəaliyyətlə bağlı müxtəlif İGM sxem və yanaşmalarının araşdırılması; tətbiqi mümkün İGM məhsullarının siyahısının müəyyən edilməsi; tullantıların kənarıaşdırılması və təkrar emalı, istehsalçıların, idxalçıların və satıcıların məsuliyyəti ilə bağlı yerli və müvafiq qanunvericiliyin tədqiqi; Azərbaycanda tətbiq edilməsi üçün təklif olunan optimal və ən yaxşı İGM sxemi. Plastik qablaşdırma məhsulları ilə bağlı beynəlxalq standartların öyrənilməsi, habelə yerli standartların sərtləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; ətraf mühitə və insan sağlamlığına təhdid yaradan məişət tullantılarının siyahısının tərtib olunması; ölkədə istehsal olunan, habelə ixrac olunan, siyahıya daxil olan məhsullarla bağlı statistik göstəricilərin müəyyən edilməsi.
Azərbaycan üçün təklif edilmiş İGM modeli (İGM siyasəti, təşkilati məqsədlər, fəaliyyətlər, struktur və s.)
Məsləhətçilik xidmətləri müqaviləsi üzrə işlərin əhatə dairəsi:
- Azərbaycanda İGM-in inkişafına dəstəklə bağlı xidmətlərin göstərilməsi;
- Yerli və xarici ekspertlərin, habelə subpodratçıların təyin olunması
Tərəfdaşlar
Ecokonsultacijos (Litva), Subpodratçı