XƏBƏRLƏR

Rumıniyanın Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizinə qoşulması perspektivi müzakirə olunub

NOYABR 24, 2026

Azərbaycan və Rumıniya arasında təbii qaz təchizatı, neft və neft məhsullarının ticarəti, həmçinin elektrik enerjisi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rumıniyanın energetika naziri Dumitru Kiselitsa ilə Buxarestdə keçirilən görüşündə aparılıb. Görüş "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə nazirlərin 13-cü iclası çərçivəsində baş tutub.

Nazirlər Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi istiqamətində növbəti mərhələləri və iclasın nəticələrini müzakirə ediblər.

Söhbət zamanı Türkiyənin layihəyə qoşulmasının əhəmiyyəti vurğulanıb və birgə səylərin daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Rumıniyanın Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi təşəbbüsünə qoşulması imkanları da nəzərdən keçirilib.

 

https://report.az/energetika/buxarestde-azerbaycan-ruminiya-enerji-emekdasligi-muzakire-edilib