Qazaxıstan Atırau-Samara magistral neft kəməri ilə nəqli bərpa edib.
Qazaxıstan energetika nazirinin müşaviri Asel Serikpayeva bildirib ki, nəql prosesi texniki yoxlamaların başa çatdırılmasından sonra yenidən işə salınıb. Onun sözlərinə görə, noyabrın 3-nə olan məlumata əsasən, kəmər normal rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, noyabrın 2-də səhər saatlarında Rusiyanın Samara qovşağındakı obyektlərə pilotsuz uçuş aparatları ilə hücum edilməsi nəticəsində neftin qəbulu müvəqqəti olaraq dayandırılmışdı.
https://report.az/energetika/qazaxistan-atirau-samara-neft-kemeri-ile-neqli-berpa-edib