Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Şri-Lanka şirkətləri arasında enerji sektoru üzrə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüşüb.
Görüş zamanı nazirə Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji layihələri, SOCAR-ın fəaliyyət istiqamətləri və şirkətin uzunmüddətli strateji məqsədləri barədə ətraflı məlumat verilib.
Həmçinin SOCAR-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, eləcə də bu sahələrdə əldə etdiyi nəticələr diqqətə çatdırılıb.
https://report.az/energetika/socar-ve-sri-lanka-sirketleri-arasinda-emekdasliq-muzakire-olunub