XƏBƏRLƏR

Azərbaycan Gürcüstanda IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

SENTYABR 23, 2026

Azərbaycan Enerji Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov sentyabrın 21‑24‑də Tbilisidə keçirilən Enerji Tənzimlənməsi üzrə 9‑cu Dünya Forumunda (WFER IX) iştirak edir. “Report”un məlumatına görə, tədbir Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası (GNERC) tərəfindən Beynəlxalq Enerji Tənzimləyiciləri Konfederasiyasının (ICER) himayəsi altında təşkil olunub. “Tarazlıq əldə edildikdə” devizi altında keçirilən forum dünyanın müxtəlif yerlərindən enerji tənzimləyici qurumlarının rəhbərlərini və nümayəndələrini, aparıcı enerji şirkətlərini, regional assosiasiyaları və akademikləri bir araya gətirib. Forumun əsas məqsədi bilik və təcrübə mübadiləsi aparmaq, enerji tənzimlənməsində yaranan çağırışları həll etmək, innovativ yanaşmaları araşdırmaq və bu sahədə gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Tədbir çərçivəsində keçirilən sessiyalarda innovasiya və enerji keçidi, səmərəli tənzimləmə alətləri, yanacaq dəyər zəncirinin tənzimlənməsi, regional enerji bazarı inteqrasiyası, infrastruktur investisiyaları və sistem çevikliyi üçün tənzimləyici çərçivələr, istehlakçı hüquqlarının müdafiəsi və elektrikləşdirilə bilməyən enerji tələbatının dekarbonizasiyası kimi əsas aktual məsələlər ətrafında geniş müzakirələr aparılır.

https://report.az/energetika/azerbaycan-gurcustanda-ix-dunya-enerji-tenzimleme-forumunda-temsil-olunur