XƏBƏRLƏR

Azərbaycan Milli Hidrogen Strategiyasının icra planını hazırlayır

SENTYABR 04, 2026

Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının icra planını hazırlayır. Bu barədə "Report" Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin Hidrogen və Yaşıl Texnologiyalar şöbəsinin müdiri Fuad Muştaqovun "Azərbaycanda İnfrastrukturun İnkişafı, Elektromobillik və Bərpa Olunan Enerji Saxlama Həlləri" vebinarındakı çıxışına istinadən xəbər verir.

"Hazırda Azərbaycan bu planın layihəsini hazırlayır və DNV Energy Systems onun formalaşdırılmasını dəstəkləmək üçün müvafiq tədqiqat aparır. Plan doqquz əsas istiqaməti əhatə edir – maraqlı tərəflərin cəlb edilməsi, tənzimləyici çərçivə və kommersiya şərtləri, bazar tənzimlənməsi, ictimai infrastruktur tələbləri, dəyər yaradılması və potensialın artırılması, hidrogen klasterlərinin yaradılması və hidrogen törəmələrinin istehsalı, habelə konkret tədbirlər üçün aydın yol xəritəsi. Əsas məqsəd strateji baxışdan praktiki icraya keçiddir", – Muştaqov bildirib.

https://report.az/energetika/norvec-sirketi-azerbaycanin-hidrogen-strategiyasi-ile-bagli-tedqiqat-aparir