XƏBƏRLƏR

Qazaxıstan BTC boru kəmərinə neft tədarükünü 11,5% artırıb

AVQUST 14, 2026

Qazaxıstanın milli neft şirkəti KazTransOil iyul ayında Aktau dəniz limanı vasitəsilə Bakı‑Tbilisi‑Ceyhan (BTC) boru kəmərinə 155 min ton Qazaxıstan nefti tədarük edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11,5% çoxdur. Bu barədə şirkətin iyul ayı üzrə yükləmə məlumatlarına istinadən "Report" "İnterfaks‑Qazaxıstan"a istinadla xəbər verir.

Bundan əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov ölkənin 2026‑cı ildə BTC sistemi ilə 2,2 milyon ton neft nəql etməyi planlaşdırdığını bildirmişdi.

Eyni zamanda, nazir ümumi hasilat və logistikadan asılı olaraq Qazaxıstanın bu marşrut üzrə ixracının ilin sonunadək 2,5‑3 milyon tona çata biləcəyi ehtimalını istisna etməyib.

Qazaxıstan 2025‑ci ildə BTC boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

https://report.az/energetika/qazaxistan-iyulda-btc-ile-ayliq-neft-tedarukunu-155-min-tona-qeder-artirib