Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə əldə etdiyi 86,309 milyard manat ($50,8 milyard) satış gəlirinin 50,582 milyard manatı ($29,8 milyard) və ya 58,6%-i İsveçrənin payına düşüb. Bu barədə "Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 6,1% azdır.
Ötən il SOCAR-ın Türkiyədə əsas əməliyyat gəliri 16,510 milyard manat ($9,7 milyard) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 71,1% çoxdur.
Hesabat dövründə SOCAR-ın Azərbaycanda satışdan gəliri 66,7% artaraq 13,682 milyard manata ($8 milyard) çatıb.
2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində satışdan gəlir 8,7 dəfə azalaraq 1,014 milyard manat ($596,5 milyon) təşkil edib, Gürcüstanda satış gəliri isə 6,9% artaraq 1,664 milyard manata ($978,8 milyon) çatıb.
Digər ölkələrdə satışdan gəlir 10,5% artaraq 2,857 milyard manat ($1,7 milyard) olub.
https://report.az/energetika/oten-il-socar-turkiyedeki-satisindan-gelirlerini-71-artirib