Sabit enerji təchizatının təmin edilməsinin artan əhəmiyyətini nəzərə alaraq, Yaponiya ilə Azərbaycan arasında iqtisadi sahədə, xüsusilə enerji sektorunda əməkdaşlıq getdikcə daha çox aktuallaşır. “Report” Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu fikirlər ölkənin xarici işlər nazirinin parlament üzrə müavini Tomoaki Şimada tərəfindən Tokioda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda səsləndirilib.
“Qeyd etdim ki, biz ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, o cümlədən dostluğun təməli kimi idman və mədəniyyət sahələrində mübadilələrə əsaslanaraq əlaqələrimizin genişləndirilməsinə töhfə vermək niyyətindəyik”, – deyə Şimada bildirib.
https://report.az/xarici-siyaset/yaponiya-azerbaycanla-enerji-emekdasliginin-xususi-ehemiyyet-dasidigini-beyan-edib