Azərbaycan azad edilmiş ərazilərin bərpasında müasir şəhərsalma yanaşmalarını innovasiya və multikultural dəyərlərlə birləşdirir. Bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Ravan Həsənov Bakıda keçirilən WUF13 tədbirində söyləyib. “Report” xəbər verir.
Onun sözlərinə görə, azad edilmiş ərazilərin bərpasında təkcə müasir inkişafa deyil, həm də mədəni müxtəlifliyin qorunmasına xüsusi diqqət ayrılır.
“Qarabağda tarixi abidələr, dini məkanlar və mədəni irs qorunur. Dövlət sosial həmrəyliyin gücləndirilməsi üçün bütün zəruri addımları atır”, – Ravan Həsənov bildirib.
https://report.az/en/infrastructure/ravan-hasanov-special-attention-is-paid-to-preserving-cultural-heritage-in-karabakh