XƏBƏRLƏR

D-8 Enerji və İqlim Mərkəzi Azərbaycanda yaradıla bilər

MAY 21, 2026

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ilə birlikdə D-8 Enerji və İqlim Mərkəzinin Azərbaycan ərazisində açılması imkanını müzakirə edib. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsində məlumat verib. “Report” xəbər verir.

Nazir qeyd edib ki, müzakirələr D-8-in baş katibi Sohel Mahmud ilə görüşdə aparılıb.

Söhbət zamanı tərəflər enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində D-8 üzv dövlətlərinin energetika nazirlərinin ilk iclasına hazırlığı müzakirə ediblər.

https://report.az/energetika/azerbaycanda-d-8-enerji-ve-iqlim-merkezi-yaradila-biler