Dövlət Məşğulluq Agentliyi bərpa olunan enerji istiqamətində peşə hazırlığı həyata keçirən təşkilatları birgə kurslar təşkil etmək məqsədilə əməkdaşlığa dəvət edir.
Agentlikdən verilən məlumata görə, əsas hədəf əmək bazarının cari tələblərinə uyğun bilik və bacarıqlara malik səriştəli kadrlar yetişdirmək və vətəndaşların işlə təmin olunma imkanlarını genişləndirməkdir.
Bildirilib ki, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı, bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı, külək turbinlərinin quraşdırıcısı sahələrində fəaliyyət göstərən müəssisələr peşə təliminin təşkilində iştirak etmək istədikləri təqdirdə hər ayın ilk 10 günü ərzində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
https://dma.gov.az/muessiselerin-muraciet-formasi
https://renewables.az/az/news/d-vl-t-m-ulluq-agentliyi-b-rpa-olunan-enerji-sah-si-zr-pe-haz-rl-m-ssis-l-rini-m-kda-l-a-d-v-t-edir