XƏBƏRLƏR

AZURE layihəsi çərçivəsində elektrik veriliş xətlərinin inşa müddəti bəlli olub

MAY 01, 2026

Azərbaycanda AZURE layihəsinin tərkib hissəsi olan yeni hava elektrik ötürmə xəttinin tikintisinə 2026-cı ilin ikinci rübündə start veriləcəyi və 2027-ci ilin dördüncü rübünədək yekunlaşdırılacağı gözlənilir. Bu məlumat layihə üzrə Köçürmə ilə bağlı Fəaliyyət Planında (RAP) əksini tapıb.

Sözügedən plan Azərbaycanda bərpa olunan enerji mənbələrinin genişləndirilməsi layihəsi (AZURE) çərçivəsində, dəqiq desək, 1.2-ci alt-komponent üzrə hazırlanıb. Həmin alt-komponent Azərbaycan İES yarımstansiyasından Nəvai yarımstansiyasına qədər 235 km uzunluğa malik, 500 kV-luq yeni tək dövrəli hava elektrik xəttinin tikintisini nəzərdə tutur. Layihə Dünya Bankının dəstəyi ilə maliyyələşdirilir.

Layihəyə daxil olanlar:

Dünya Bankı aşağıdakı komponentləri maliyyələşdirəcək:

Hazırkı Köçürmə Fəaliyyət Planı yalnız “Azərbaycan İES — Nəvai” (235 km, 500 kV) xətti üçün tərtib edilib. Layihə çərçivəsində dəstəklənən digər xətlər üzrə ayrıca plan hazırlanacaq.

Xəttin marşrutu Azərbaycanın mərkəzi və şərq hissələrində yerləşən səkkiz rayondan – Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Mingəçevir, Şamaxı və Yevlaxdan keçəcək. Bu marşrut 64 yaşayış məntəqəsini və 44 qeyri-yaşayış sahəsini (otlaq sahələri) – ümumilikdə 110 ərazini əhatə edir. Xətt əsasən düzən kənd təsərrüfatı torpaqlarından keçəcək.

Həmin səkkiz rayon üzrə servitut zonasının ümumi sahəsi təxminən 8,13 milyon kvadratmetrdir. Bunun 51 faizi xüsusi mülkiyyətdə olan torpaqlar, 40 faizi dövlət torpaqları, 9 faizi isə bələdiyyə torpaqlarıdır.

Layihə 1.114 fərdi torpaq sahibinə, 22 rəsmi icarəçiyə, habelə torpaq sahələri və ya aktivləri dayaq nöqtələrinin yerləşdiyi əraziyə və ya daimi servitut dəhlizinə daxil olan 11 biznes obyektinə təsir göstərəcək. Eyni zamanda, hüquqi statusundan asılı olmayaraq, ESS5 standartına əsasən kompensasiya hüququ olan dövlət və bələdiyyə torpaqlarının qeyri-rəsmi istifadəçiləri də müəyyən edilib.

Layihədə fiziki köçürmə tamamilə istisna edilir: yaşayış binaları layihənin icra zonasına daxil deyil və əhalinin köçürülməsi tələb olunmur. Təsir yalnız iqtisadi xarakter daşıyacaq – torpaq istifadəsində məhdudiyyətlər, tikinti dövründə müvəqqəti giriş itkiləri, həmçinin kənd təsərrüfatı bitkilərinin, ağacların və bəzi hallarda qeyri-yaşayış tikililərinin itirilməsi ilə məhdudlaşacaq.

https://renewables.az/az/news/azure-layih-si-r-iv-sind-elektrik-t-rm-x-tl-rinin-tikinti-m-dd-ti-a-qland