Dünya Şəhər Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək media nümayəndələrinin sayı 800-ü keçib. WUF13 üzrə Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib ki, qeydiyyatdan keçənlərin 70%-i yerli mətbuat işçiləridir. O həmçinin qeyd edib ki, forum üçün ümumilikdə təxminən 21 min nəfər qeydiyyatdan keçib.
https://report.az/infrastruktur/eldar-resulov-wuf13-ucun-800-den-cox-media-numayendesi-qeydiyyatdan-kecib