XƏBƏRLƏR

ADB Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə dəstək verməyə hazırdır

APREL 14, 2026

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) üzrə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu bildirir.

Bu fikirləri ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal “Report”a açıqlamasında, “Asiyanın İnkişaf Perspektivləri” (Asian Development Outlook, ADO) hesabatının aprel buraxılışına həsr olunmuş brifinq zamanı səsləndirib.

Onun sözlərinə görə, Avropa ölkələri karbohidrogenlərdən asılılığı azaltmaqda ciddi maraq göstərirlər. Bu səbəbdən bərpa olunan enerji mənbələrinə yönələn diqqət artır. Azərbaycan da günəş enerjisinin inkişafına əhəmiyyətli investisiyalar yatırır. Artıq ADB özəl sektor vasitəsilə Energetika Nazirliyi ilə birgə üç iri layihəyə sərmayə qoyub.

Bundan əlavə, gələcəkdə enerji təhlükəsizliyi baxımından külək enerjisi sahəsində iştirak imkanları da nəzərdən keçirilir və bu istiqamətdə böyük potensial mövcuddur. Ümumilikdə, ölkənin həm ənənəvi enerji resurslarına, həm də zəngin bərpa olunan enerji ehtiyatlarına malik olması perspektivləri müsbət qiymətləndirməyə əsas verir. Bu baxımdan Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əlverişli mövqedədir. Bununla belə, qeyd olunur ki, bu sahənin inkişafı əlavə investisiyalar tələb edir və ADB bu istiqamətdə hökumətə dəstək verməyə hazırdır.

https://renewables.az/az/news/adb-az-rbaycanda-yeni-b-rpa-olunan-enerji-layih-l-rini-d-st-kl-m-y-haz-rd-r