XƏBƏRLƏR

Qazaxıstan Bakıda SGC və Yaşıl Enerji Məşvərət Şuralarının nazirlər səviyyəli iclaslarında iştirak edəcək

FEVRAL 12, 2026

Mart ayının əvvəlində Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında Qazaxıstan yüksək səviyyədə təmsil olunacaq.

Bu barədə Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, hazırda hər iki tədbirə hazırlıq işləri davam etdirilir. Qazaxıstan tərəfinin iclaslarda energetika naziri və ya nazir müavini səviyyəsində iştirakı planlaşdırılır.

Nazirlikdən qeyd edilib ki, hazırda tədbirlərin gündəliyi üzrə sənədlər hazırlanır və müvafiq razılaşdırma prosesləri aparılır. Nümayəndə heyətinin tərkibi, müzakirə olunacaq məsələlər və Qazaxıstanın mövqeyi ilə bağlı əlavə detallar dövlətdaxili prosedurlar tamamlandıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək bu yüksək səviyyəli iclaslar Cənub Qaz Dəhlizinin inkişafı, qaz təchizatının şaxələndirilməsi və yaşıl enerji layihələrinin təşviqi kimi aktual mövzuların müzakirəsi üçün əhəmiyyətli platforma olacaq. Qazaxıstanın iştirakı regionda enerji əməkdaşlığının daha da güclənməsinə töhfə verəcək.

https://report.az/energetika/energetika-nazirliyi-qazaxistan-bakida-sgc-ve-yasil-enerji-mesveret-suralarinin-iclaslarinda-yuksek-seviyyede-istirak-edecek