XƏBƏRLƏR

Azərbaycan və ABŞ enerji sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldıracaq

FEVRAL 11, 2026

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası enerji əməkdaşlığının genişləndirilməsini rəsmiləşdirib.

Sənəddə qeyd olunur ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın strateji əhəmiyyətini tanıyaraq, neft, qaz və elektroenergetika sahələrində əməkdaşlığı həm ikitərəfli əsasda, həm də üçüncü ölkələrlə birgə tərəfdaşlıq formatında inkişaf etdirmək niyyətindədirlər.

Xartiyada xüsusi vurğulanır ki, tərəflər interkonnektor layihələrinin həyata keçirilməsi, enerji təchizat marşrutlarının şaxələndirilməsi və birgə enerji təşəbbüslərinin reallaşdırılması istiqamətində fəal əməkdaşlıq edəcəklər. Bundan əlavə, mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsi də prioritet məsələlərdən biri kimi qeyd olunub.

Bu sənəd Azərbaycan-ABŞ münasibətlərinin enerji, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində yeni mərhələyə keçidini təsdiqləyir və gələcək birgə layihələr üçün möhkəm hüquqi baza yaradır.

https://renewables.az/az/news/az-rbaycan-v-ab-enerji-m-kda-l-n-geni-l-ndir-c-k