XƏBƏRLƏR

Azərbaycanda Enerji effektivliyi fondunun maliyyələşdirmə siyasəti daha da dəqiqləşdirilib

FEVRAL 09, 2026

Energetika Nazirliyinin Kollegiyası “Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdirilən layihələrə dair Tələblər”i, habelə pilot layihələrin maliyyələşdirilməsi, subsidiya və qrant alınması üçün ərizə formasını, eləcə də müvəkkil kredit təşkilatları vasitəsilə maliyyələşdirilən layihələrə dair məlumat formasını təsdiqləyib. Bu barədə Energetika Nazirliyindən bildirilib.

Nazir Pərviz Şahbazov tərəfindən imzalanan qərara əsasən, Fondun vəsaitləri müəyyən sahələrdə fəaliyyət göstərən layihələrə yönəldilməyəcək. Qadağan olunan istiqamətlərə aşağıdakılar daxildir:

Qərarın qüvvəyə minməsi üçün Nazirliyin Hüquq şöbəsinə 3 gün ərzində sənədin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Bu tənzimləmələr Fondun vəsaitlərinin yalnız enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələrə sərf olunmasını təmin etmək, habelə ekoloji və etik normalara uyğun istifadəni qarantiya altına almaq məqsədi daşıyır. Beləliklə, enerji effektivliyi tədbirlərinin stimullaşdırılması prosesi daha şəffaf və məqsədyönlü şəkildə həyata keçiriləcək.

https://report.az/energetika/enerji-effektivliyi-fondunun-maliyyelesdirdiyi-layihelere-dair-telebler-tesdiqlenib