XƏBƏRLƏR

BP Azərbaycandakı layihələrə 87 milyard dollar sərmayə qoyub

FEVRAL 05, 2026

BP şirkəti Azərbaycandakı neft-qaz layihələrinə indiyədək 87 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.

Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağından indiyədək 4,5 milyard barel neft hasil olunub: “Amma bu, köhnə yataqdır. Hasilatı davam etdirmək və artırmaq üçün getdikcə daha çox qabaqcıl texnologiya tətbiq etməliyik”.

R.Morris qeyd edib ki, keçən ilin sonunda “Mərkəzi Azəri” yatağında 1 150 metr dərinlikdə üfüqi quyu qazılıb: “Həmin quyudan gündəlik 7 500 bareldən çox neft hasil edilir. Bu, gözləntilərimizdən xeyli yaxşı nəticədir”.

O vurğulayıb ki, AÇG-də quyu tədarükünü maksimuma çatdırmaq və qazma dövrünü qısaltmaq çox vacibdir: “Bu yataqda quyu sayına fundamental məhdudiyyət var və bu, qazma günlərinin sayı ilə bağlıdır. Bizdə cəmi yeddi qazma qurğusu fəaliyyət göstərir. Ona görə də qazma günlərini dəyər baxımından maksimuma çatdırmağa çalışmalıyıq”.

https://report.az/energetika/bp-azerbaycandaki-layihelere-sermayelerinin-hecmini-aciqlayib