Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı “yaşıl” istiqrazlar nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
SOCAR-ın sosial şəbəkə hesabında yayılan məlumata görə, İngiltərənin tanınmış maliyyə və biznes nəşri “International Finance Magazine” tərəfindən təşkil olunan “Beynəlxalq Maliyyə Mükafatları – 2025” (“International Finance Awards – 2025”) çərçivəsində SOCAR Capital “Yaşıl layihələrin maliyyələşdirilməsi üzrə ən yaxşı yeni istiqraz – Enerji sektoru – Azərbaycan” (Best New Bond for Green Project Financing – Energy – Azerbaijan) nominasiyasında qalib gəlib.
Bu uğur SOCAR-ın davamlı inkişaf strategiyasının, yaşıl enerji layihələrinə verdiyi sistemli dəstəyin və bərpa olunan enerji təşəbbüslərinin beynəlxalq aləmdə yüksək qiymətləndirilməsinin aydın təsdiqidir.