XƏBƏRLƏR

SOCAR və "Yokogawa Europe B.V." arasında Anlaşma Memorandumu imzalandı

FEVRAL 03, 2026

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiyanın "Yokogawa Electric Corporation" şirkəti potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalayıb.

"Report"a verilən məlumata görə, sənəd SOCAR-ın vitse-prezidentləri Anar Məmmədov və Babək Hüseynovun iştirakı ilə "Yokogawa Europe B.V." şirkətinin prezidenti, "Yokogawa Electric Corporation"ın vitse-prezidenti və Avropa, Rusiya və MDB regionu üzrə regional baş icraçı direktoru Seita Hagihara ilə keçirilən görüşdə imzalanıb.

Görüşdə ötən ilin sentyabr ayında Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində əldə edilən razılaşmaların icrasına dair görülən işlər məmnunluqla qeyd olunub.

Tərəflər enerji sektorunda qarşılıqlı maraq doğuran sahələri müzakirə edib, xüsusilə "downstream" və "upstream" istiqamətlərində birgə fəaliyyət imkanlarını nəzərdən keçiriblər.

https://report.az/energetika/socar-ile-yokogawa-europe-b-v-sirketi-arasinda-anlasma-memorandumu-imzalanib