XƏBƏRLƏR

SOCAR və “Uniper” şirkəti qlobal qaz bazarlarının gələcək inkişafını müzakirə edib

DEKABR 30, 2025

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında qlobal qaz bazarlarının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

SOCAR-ın məlumatına əsasən, müzakirələr SOCAR nümayəndə heyətinin “Uniper” tərəfindən təşkil edilən strateji səviyyəli bilik və təcrübə mübadiləsi proqramına qatılması çərçivəsində keçirilib.

Proqramın əsas məqsədi iki şirkət arasındakı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, idarəetmə, insan resursları, kommunikasiya və sosial məsuliyyət sahələrində qabaqcıl təcrübə və biliklərin paylaşılmasıdır.

Tədbir zamanı iştirakçılar dəyişikliklərin idarə edilməsi, rəqəmsal transformasiya, media və kommunikasiya strategiyaları, korporativ sosial məsuliyyət və təhlükəsizlik mövzularında faydalı müzakirələr aparıblar.

https://report.az/energetika/socar-ve-uniper-qlobal-qaz-bazarlarinin-inkisaf-perspektivlerini-muzakire-edib