Azərbaycanın energetika naziri Pərviz Şahbazov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Eymi Karlon ilə görüş keçirib.
Görüşdə Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət yanaşmanın mövcud olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bu kontekstdə energetika nazirinin ABŞ-a səfərinin nəticələri qiymələndirilib.
Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, “Trampın Beynəlxalq Sülh və Rifah Yolu” (TRIPP) təşəbbüsü, müxtəlif enerji layihələri və digər prioritet sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Həmçinin ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, enerji sahəsində müntəzəm dialoq mexanizminin yaradılması və hərtərəfli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub.
https://renewables.az/en/news/development-of-azerbaijan-us-energy-cooperation-at-a-new-stage-discussed