XƏBƏRLƏR

Gürcüstan Azərbaycandan Ermənistana yanacaq üçün birdəfəlik pulsuz tranzitə icazə verib

DEKABR 09, 2025

Gürcüstan Azərbaycandan Ermənistana yanacağın öz ərazisindən birdəfəlik və ödənişsiz dəmir yolu tranzitinə icazə verib. Bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi elan edib (Trend xəbər verir).

Hər iki tərəfdaş ölkədən gələn müraciət dekabrın 5-də daxil olub və Baş nazir İrakli Kobaxidze dərhal “Gürcüstan Dəmir Yolları”na daşınmanı pulsuz həyata keçirmək tapşırığı verib.

Nazirlik Gürcüstanın həm Azərbaycan, həm də Ermənistan üçün etibarlı strateji tərəfdaş rolunu vurğulayıb və sülhün təşviqi ilə regional əməkdaşlığın inkişaf etdirilməsi öhdəliyini bir daha təsdiqləyib.

https://www.trend.az/azerbaijan/business/4127157.html