XƏBƏRLƏR

Azərbaycanda energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları təsdiq edilib

YANVAR 15, 2025

nergetika Nazirliyinin Kollegiyası “Enerji balansının tərtib edilməsi üçün energetika subyektlərindən alınan məlumatlara dair hesabat formaları və metodoloji izahlar”ı təsdiq edib.

Sənəd Nazirlər Kabinetinin “Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası”nın təsdiq edilməsi haqqında” 1 may 2024-cü iI tarixli qərarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

https://report.az/energetika/azerbaycanda-energetika-subyektlerinden-alinan-melumatlara-dair-hesabat-formalari-tesdiq-edilib/