XƏBƏRLƏR

Yunanıstan-Bolqarıstan İnterkonnektoru tam fəaliyyət göstərir

YANVAR 13, 2025

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) tam şəkildə fəaliyyət göstərir, bunu ICGB AD əməliyyatçı şirkətindən Azərbaycandan Bolqarıstana qaz tədarükünün müvəqqəti olaraq dayandırılması ilə bağlı bildirilib.

Şirkətdən bildiriblər ki, Azərbaycan qazının tədarükündə yaranan müvəqqəti, plandan-kənar fasilə barədə bu yaxınlarda bildiriş alıblar.

“ICGB infrastrukturu digər müştərilərin nominasiyalarını yerinə yetirməklə ştat rejimdə fəaliyyət göstərməyə davam edir. Biz yaranmış vəziyyətin texniki təfərrüatlarına malik deyilik, belə ki, problem interkonnektorun obyektləri ilə əlaqəli deyil”, -deyə ICGB-dən bildiriblər.

Qeyd edək ki, “Bulgargaz” yanvarın 9-dan 11-ə kimi (2025-ci il) qaz tədarükünün dayandırılması ilə bağlı məlumat vermişdi.

“Müvəqqəti dayandırma barədə bildiriş bizə 6 yanvar 2025-ci il tarixində Azərbaycanlı tədarükçüdən daxil olub”, - şirkətdən bildiriblər.

Azərbaycan Bolqarıstana təbii qazı Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə nəql edir. Boru kəmərinin buraxıcılıq qabiliyyəti hal-hazırda 3 milyard kubmetrdir və 5 milyard kubmetrə qaldırıla bilər.

https://az.trend.az/business/energy/3991743.html