XƏBƏRLƏR

“SOCAR Turkiye” Suriyanı enerji resursları ilə təmin etməyə hazırdır

YANVAR 08, 2025

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır, bu barədə “SOCAR Türkiye Enerji” şirkətinin baş icraçı direktoru Elçin İbadov İstanbulda keçirilən mətbuat konfransında bildirib.

"Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına səbəb olacaq", - o bildirib.

E.İbadovun sözlərinə görə, tikinti və bərpa işləri, bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq: "Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik".

https://report.az/energetika/elcin-ibadov-zeruret-yaranarsa-socar-turkiye-suriyanin-berpasi-ucun-enerji-resurslari-ile-temin-etmeye-hazirdir/