XƏBƏRLƏR

ABŞ Rusiyanın enerji sektoruna yeni sanksiyaların tətbiqini nəzərdən keçirir

DEKABR 24, 2024

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Rusiyanın enerji sektoruna qarşı növbəti sanksiyaların tətbiqi imkanını müzakirə edir, bu barədə "İnterfaks" “The Washington Post”a (WP) istinadən məlumat verib.

"Cozef Bayden vəzifədə olduğu son həftələrdə Rusiyanın enerji sektoruna qarşı yeni ciddi sanksiyaları nəzərdən keçirir", - nəşr bildirib.

WP mənbələrinin fikrincə, bu addım gələcək seçilmiş Prezident Donald Trampın administrasiyasına Rusiya Prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar üçün daha çox təsir rıçaqları verərdi.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, ABŞ Rusiya neftini daşıyan "kölgə donanması"na, həmçinin daha əvvəl sanksiyalara məruz qalmayan Rusiya neft ixracatçılarına qarşı sanksiyalar tətbiq edə bilər.

https://report.az/energetika/abs-rusiyanin-enerji-sektoruna-yeni-sanksiyalarin-tetbiqini-nezerden-kecirir/