İspaniya şirkətləri Azərbaycanın bərpa olunan enerji və “yaşıl enerji” sahələrinə investisiya qoyuluşuna maraq göstərir, bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mütəxəssisləri və İspaniya Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər üzrə vəkili Xose Pedro Torrubia arasında keçirilən görüşdə bildirilib.
Görüşdə Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında “Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair” Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.
Həmçinin ikitərəfli əlaqələrin inkişafı məqsədilə bərpa olunan enerji sahəsində gələcəkdə əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycanın ənənəvi enerji üzrə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələri barədə məlumat verilib.
https://report.az/energetika/ispaniya-sirketleri-azerbaycanin-yasil-enerji-sahesine-investisiya-qoyulusuna-maraq-gosterir/