“Bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi haqqında” qanun layihəsi "ACE Group Consultants" şirkətinin hüquq eksperti tərəfindən hazırlanaraq baxılması və şərh edilməsi üçün 15 yavar 2012-ci ildə benefisiara təqdim olunmuşdur.
Bu qanun layihəsi Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (UNDP) vasitəsilə Norveç hökuməti tərəfindən maliyyələşdirilən “Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanmış və bərpa olunan enerji sektoru ilə bağlı kompleks tənzimləyici və institusional sənədlər toplusunun hazırlanmasını əhatə edir. ACE hüquq eksperti aşağıdakıları hazırlayataq benefisiara təqdim etmişdir:
- Dayanıqlı Enerjinin İnkişafı və bu sektorda artmaqda olan özəl sektor maliyyəsindən istifadə məqsədilə hüquqi və tənzimləyici dəyişikliklərlə bağlı tövsiyələr;
Bu hesabat enerji sahəsində yerli qanunvericiliyin ümumi icmalını, Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin institusional strukturunun, bu sahədə investisiya mühitinin qiymətləndirilməsi üçün GZİT təhlilini və müvafiq tövsiyələri özündə ehtiva edir.
- Aİ-nin 2009/28 saylı Direktivi və Almaniyanın Bərpa Olunan Enerji Aktı əsasında aparılan Müqayisə və boşluqların təhlili;
Yuxarıda sözü gedən təhlil matrisa formasında hazırlanmaqla Azərbaycanın əsas qanunvericiliyi və normativ-hüquqi aktlarını, şərhləri, aşkar edilmiş boşluqları və bu sahədə Azərbaycan qanunvericiliyinin hazırkı vəziyyətini dəyərləndirən hüquqi yaxınlaşma dərəcəsi ilə birlikdə Aİ direktivini və Almaniyanın Bərpa Olunan Enerji Aktı özündə birləşdirir. “Bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi haqqında” qanun layihəsinin məqsədi enerji səmərəliliyi və onun şaxələndirilməsinə nail olmaq məqsədilə dayanıqlı inkişafın təşviqi, iqtisadi rəqabətlilik, enerji təchizatının milli iqtisadiyyat üçün xərclərinin azaldılması, ətraf mühitin mühafizəsi və qorunması iqtisamətində bir alət kimi ölkədə bərpa olunan enerji mənbələrinin inkişafının təşviq edilməsidir.
Layihə yeni yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu sənayeni tənzimləməyə qadir olan tam funksional quruma çevrilməsi üçün onun potensialını inkişaf etdirməklə hökumətə bu maneələri aşmaqda kömək edəcəkdir. Layihədə ölkənin bütün ərazisi, o cümlədən dayanıqlı enerjinin inkişaf potensialı yüksək olan bölgələr, külək enerjisi üçün Abşeron yarımadası, günəş enerjisi baxımından Naxçıvan Muxtar Respublikası, biomassa baxımından kənd təsərrüfatı bölgələri icra yerləri kimi əsas götürüləcəkdir. Məqsəd Azərbaycanda dayanıqlı enerjinin inkişaf etdirilməsinə kömək etməkdir.
Layihənin xüsusi məqsədləri sırasında Azərbaycanda əsasən kiçikhəcmli su elektrik stansiyasının inkişafına dəstək göstərmək, hədəf seçilmiş qruplara və faydalanan şəxslərə dayanıqlı enerji üzrə təlim keçmək, onları maarifləndirmək, ölkə ərazisində, xüsusilə ucqar kəndlərdə, kiçik qəsəbələrdə bərpa olunan enerji potensialını dəyərləndirmək, respublikada hər bir iqtisadi zonada hansı növ bərpa olunan enerjinin iqtisadi baxımdan sərfəli olduğunu, eləcə də geniş mənada dayanıqlı enerji hasilatı üçün yaxşı potensial vəd edən coğrafi əraziləri müəyyənləşdirməkdir.